Lisey və gimnaziyalara qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

11:56 - 06 Avqust 2025

Lisey və gimnaziyalara qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalar üçün seçim prosesi 6 avqust saat 15:00-da aktivləşəcək və 13 avqust saat 12:00-da başa çatacaq.


Bu barədə Manset.az-a Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, namizədlər seçimlərini şəxsi kabinet vasitəsilə, “İmtahanlar” bölməsində yerləşən “Lisey seçimi” hissəsindən həyata keçirə bilərlər.

Əlavə araşdırmanın nəticələrinə əsasən, müvafiq komissiyanın qərarı ilə nəticələri ləğv edilən şəxslər 8 avqust saat 17:00-a qədər [email protected] elektron ünvanına rəsmi ərizə ilə müraciət edə bilərlər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az