Rusiya Azərbaycan qazının ötürüldüyü stansiyaya ZƏRBƏ ENDİRDİ

15:23 - 06 Avqust 2025

Rusiya Azərbaycan qazının ötürüldüyü stansiyaya ZƏRBƏ ENDİRDİ

Rusiya Ukraynanın qaz nəqli infrastruktur obyektinə hücum edib.


Manset.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yazıb.

"Avqustan 6-sı gecə saatlarında Rusiya qaz infrastrukturu obyektinə - Ukraynanın Qaz Nəqli Sisteminin operatorunun Odessa vilayətində Ukrayna-Rumıniya sərhədi yaxınlığında yerləşən kompressor stansiyasına məqsədyönlü hücum həyata keçirib", - məlumatda bildirilib.

Bu kompressor stansiyası Yunanıstanın mayeləşdirilmiş təbii qaz (LNG) terminallarını Trans-Balkan qaz kəməri vasitəsilə Ukraynanın qaz anbarları ilə birləşdirən marşrut çərçivəsində istifadə edilirdi. ABŞ-dən LNG və Azərbaycan qazının sınaq həcmləri bu yolla təchiz edilirdi.

"Bu gecə bu təchizatı təmin edən avadanlıq onlarla pilotsuz uçuş aparatı tərəfindən hücuma məruz qalıb. Bu, Rusiyanın sırf mülki infrastruktura, energetikaya və eyni zamanda Azərbaycan, ABŞ və Avropadakı tərəfdaşlarla münasibətlərə, ukraynalıların və bütün avropalıların normal həyatına qarşı məqsədyönlü zərbəsidir", - məlumatda qeyd olunub.

Zərbə endirilən yerdə mütəxəssislər hücumun nəticələrini müəyyən etmək üzərində işləyirlər.

Ukraynanın energetika naziri Svetlana Qrinçuk bəyan edib ki, bu, 2027-ci ildə Rusiya təbii qazından tamamilə imtina etməyi planlaşdıran bütün Avropa üçün siqnaldır:

“Trans-Balkan marşrutunun əsas kompressor stansiyasına Rusiyanın dronlarla kütləvi hücumu göstərir ki, Moskva avropalıların enerji müstəqilliyini və alternativ qaz təchizatı marşrutlarını məhv etmək üçün bütün mümkün vasitə və mexanizmlərdən istifadə edəcək. Əgər rusiyalılara bizim enerji infrastrukturumuza və qaz marşrutlarına cəzasız zərbə vurmağa icazə veriləcəksə, Avropada heç bir infrastruktur obyekti təhlükəsiz olmayacaq. Cəzasız qalma yalnız terroru genişləndirir. Məhz buna görə Rusiya etdiklərinə görə cavab verməlidir”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az