Qısa videoların yaradılması və izlənməsi üçün aparıcı platforma olan TikTok, rəqəmsal rifahı təmin etmək və istifadəçiləri dəstəkləmək məqsədilə bir sıra yeni funksiyaları istifadəyə verir. Yeniliklər üç əsas istiqaməti əhatə edir: yeniyetmələrin təhlükəsizliyi, kontent müəlliflərinə dəstək və cəmiyyətin etibarlı rəqəmsal mühitin yaradılmasında iştirakını təşviq etmək.
TikTok, istifadəçilərin ilham tapdığı, yaradıcılığını paylaşdığı, yeni imkanlar kəşf etdiyi təhlükəsiz və yaradıcı bir məkan formalaşdırmağa davam edir. Yeni funksiyalar təkcə təhlükəsizliyin təmin edilməsi məqsədi daşımır, eyni zamanda hər bir istifadəçinin özünü inamlı, sərbəst və güvənli hiss etdiyi şüurlu rəqəmsal mədəniyyətin formalaşmasına xidmət edir.
Yeniyetmələr və onların valideynləri üçün təhlükəsizlik
TikTok yeniyetmələrin platformadan təhlükəsiz və rahat istifadə etməsini təmin etmək məqsədilə 50-dən çox funksiyanı və tənzimləmə imkanını təqdim edir. Əlavə olaraq, avtomatik işləyən daxili təhlükəsizlik mexanizmlərindən başqa, platforma valideynlərə yeniyetmələrin ehtiyaclarına uyğun olaraq TikTok-u fərdiləşdirməyə kömək edən və artıq özünü doğrultmuş “Ailə tənzimləmələri” adlı valideyn nəzarəti alətini də təklif edir. Artıq bu alətə yeni imkanlar
da əlavə olunub
·
Yeniyetmə
digər istifadəçilər üçün görünən video, hekayə və ya foto paylaşdıqda valideynə avtomatik bildiriş göndərilir.
Bu, valideynlərə övladları ilə onun onlayn paylaşımları barədə vaxtında və
müdaxiləsiz, təzyiq göstərmədən söhbət etmək imkanı yaradır.
Yeniyetmənin (16–17
yaş) hansı məxfilik ayarlarını seçdiyini görmək imkanı: məsələn, digər istifadəçilərə
onun videolarını yükləməyə icazə verilib-verilmədiyi, onun abunə siyahısının
başqalarına açıq olub-olmadığı, hansı mövzuların maraqlı kimi qeyd edildiyi və
buna görə də platforma tərəfindən daha tez-tez baxmaq üçün tövsiyə olunduğu.
Rəqəmsal rifahın dəstəklənməsi
TikTok hesab edir ki, rəqəmsal texnologiyalar həddindən artıq yüklənmə
və ya uzaqlaşmağa səbəb olmadan inkişaf etməyə, ilham verməyə və özlərini rahat
hiss etməyə kömək etməlidir. Məhz bu səbəbdən TikTok, mütəxəssislərlə və
platformanın Gənclər Şurası ilə birgə “Rəqəmsal rifah missiyaları” adlı
təşəbbüsü hazırlayıb. Bu təşəbbüs qısa tapşırıqlardan ibarətdir və sağlam rəqəmsal
vərdişlərin formalaşmasına kömək etməyi hədəfləyir.
Missiyaların ilk seriyası rəqəmsal rifahı dəstəkləyən və artıq mövcud
olan TikTok funksiyaları ilə tanış edir. Onların arasında “Yuxu vaxtı”, “Ekran
vaxtı”, “Ailə tənzimləmələri”, “Təhlükəsizlik mərkəzi”, “Açar sözlərə görə
filtr” daxildir. Missiyaları yerinə yetirən istifadəçilər xüsusi nişanlar əldə
edəcəklər ki, bu da onlara öz irəliləyişlərini izləməyə kömək edəcək.
TikTok
həmçinin tətbiqin daxilində yeni bölmənin yaradılması üzərində çalışır. Bu bölmədə
rəqəmsal rifahı dəstəkləyən bütün seçimlər toplanacaq – nəfəs məşqlərindən və
sakitləşdirici audio parçalarından tutmuş istifadəçilərə platformada keçirdikləri
vaxtı şüurlu şəkildə idarə etməyə kömək edən alətlərə qədər.
Yaradıcıların dəstəyi
Kontent
yaradıcıları TikTok-un hərəkətverici qüvvəsidir. Məhz onlar trendləri müəyyən
edir, izləyiciləri cəlb edir və platformanın cəmiyyətini formalaşdırırlar. Onların
özlərini təhlükəsiz və güvənli hiss etmələri üçün platforma yeni alətlər təqdim
edir:
• Yaradıcıya dəstək rejimi – istənməyən və təhqiredici şərhləri filtr vasitəsilə idarə etməyə kömək edir.
• TikTok
LIVE-da sözlərin, ifadələrin və emojilərin kütləvi olaraq söndürülməsi;
•
Content
Check Lite (Məzmunun
ilkin yoxlanışı) – yaradıcılara videolarını paylaşmadan əvvəl digər istifadəçilərə
tövsiyə olunmağa uyğun olub-olmadığını yoxlamağa imkan verir.
•
Yaradıcılar
üçün gələnlər qutusu
– yenilənmiş interfeys, mesajları çeşidləməyə və emal etməyə kömək edir. İndi 10
000-dən çox izləyicisi olan yaradıcılar üçün “oxunmamış” və “vacib” bölmələri,
sürətli cavablar yaratmaq və tez-tez verilən suallara avtomatik cavablar tənzimləmək
imkanı mövcuddur.
•
“Yaradının
Söhbət Otağı”
— yaradıcıların TikTok-da ən fəal izləyiciləri ilə birbaşa əlaqə qurmasına və
ünsiyyət saxlamasına imkan verən funksiyadır. Söhbət otaqları yalnız 18 yaşdan
yuxarı, minimum 10 000 izləyicisi olan və “Superabunə” və ya “Canlı Yayım
Azakeş Qrupu” funksiyası aktivləşdirilmiş yaradıcılar üçün əlçatandır. Bütün
paylaşılan məzmun isə TikTok-un İcma Qaydalarına uyğun olmalıdır.
Bu
funksiyalar yaradıcılığı daha təhlükəsiz və rahat edir ki, yaradıcılar diqqətlərini
həqiqətən vacib olan — öz məzmunları və auditoriyaları üzərində cəmləyə bilsinlər.
Platforma
nümayəndələrinin bildirdiyinə görə, bu yeniliklər yeniyetmələrin, valideynlərin,
ekspertlərin, vətəndaş cəmiyyəti, media nümayəndələrinin rəy və təklifləri nəzərə
alınaraq hazırlanıb ki, TikTok hər kəs üçün daha təhlükəsiz və şəffaf platforma
olsun.
TikTok haqqında
TikTok aparıcı qısa video tətbiqidir. Bizim
missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.