Mərkəzi Parkda süni göl yaradılacaq

15:09 - 07 Avqust 2025

Mərkəzi Parkda süni göl yaradılacaq

“Hazırda Bakıda Mərkəzi Parkın ərazisi təxminən 36 hektar təşkil etsə də, dördüncü hissədə parka metronun “Nizami” stansiyasının ətrafında 21 hektara yaxın ərazi də əlavə olunacaq”.


Manset.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu deyib.

O bildirib ki, həyata keçirilən dördüncü mərhələ parkın ən geniş əhatəli və konseptual baxımdan zəngin hissəsi hesab olunur: “Nəqliyyat axınının optimallaşdırılması məqsədilə parkın ərazisində qapalı avtodayanacağın təşkili nəzərdə tutulur”.

“Təzə Pir” məscidi ətrafındakı və Baş planla ictimai-işgüzar zona kimi müəyyən edilmiş ərazidə tarixi məhəllənin də Bakının özünəməxsus şəhərsalma və memarlıq nümunəsi kimi ətraf mühitə və yeni şəhərsalma strukturuna inteqrasiyası üçün müasir standartlara uyğun abadlaşdırılması və yenidən qurulması planlaşdırılır.

Layihə dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət (memarlıq) abidələrinin mütləq şəkildə saxlanılaraq qorunmasını və abidə olmayan, lakin tarixi dəyəri olan bir sıra digər binaların saxlanılaraq məhəllənin ümumi konsepsiyasına uyğunlaşdırılmasını nəzərdə tutur”, - qurum rəsmisi əlavə edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az