Metroda doğulan körpəyə BÖYÜK JEST

12:27 - 08 Avqust 2025

Metroda doğulan körpəyə BÖYÜK JEST

Bu gün Bakı Metropoliteni stansiyalarında bir ilk yaşanıb.


Manset.az xəbər verir ki, bunu Bakı Metropoliteni Qapalı Səhndar Cəmiyyətinin Hərəkət Xidmətinin rəisi Anar Zamanov mediaya açıqlamasında deyib.

O qeyd edib ki, stansiya əməkdaşlarının operativ müdaxiləsi sayəsində təcili yardım çağırılıb, doğuş uğurla başa çatdırılıb: "Bakı Metropolitenin kollektivi təkcə texniki təhlükəsizliyə deyil, sərnişinlərin təhlükəsizliyinə də diqqətlə yanaşır. Metropolitendə doğulan uşaq 25 yaşına qədər metrodan pulsuz istifadə edə biləcək".

Anar Zamanov bildirib ki, ailəyə kiçik hədiyyələr də təqdim olunacaq.

Xatırladaq ki, bu gün saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında bir qadın uşaq dünyaya gətirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az