AZAL rəhbərliyi və kollektivi Hökumə Əliyevanın məzarını ziyarət etdi

15:08 - 08 Avqust 2025

AZAL rəhbərliyi və kollektivi Hökumə Əliyevanın məzarını ziyarət etdi

Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın doğum günü münasibətilə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) rəhbərliyi və kollektivi şücaətli ekipaj üzvünün İkinci Fəxri xiyabandakı məzarını ziyarət ediblər.


Manset.az xəbər verir ki, tədbir iştirakçıları Hökumə Əliyevanın xatirəsini ehtiramla yad edərək, məzarı üzərinə gül dəstələri düzüblər.

AZAL komandası Azərbaycanın Milli Qəhrəmanlarının – İqor Kşnyakin və Aleksandr Kalyaninovun da xatirəsi ehtiramla yad edib.

Hökumə Əliyevanın anadan olmasının ildönümü ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda bir dəqiqəlik sükut elan olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 29 dekabr tarixli Sərəncamı ilə Əliyeva Hökumə Cəlil qızı "Azərbaycan Hava Yolları" QSC-yə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az