Rövnəq Abdullayevin qudasına məxsus olduğu bildirilən şirkət bağlanır

15:53 - 08 Avqust 2025

Rövnəq Abdullayevin qudasına məxsus olduğu bildirilən şirkət bağlanır

“Azər Hunting” MMC ləğv olunduğunu elan edib.


Bu barədə Manset.az şirkətə istinadən xəbər verir.

Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini şirkətin hüquqi ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Azər Hunting” MMC 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Bakının Neftçilər pr, ev 67, m. 23-də qeydiyyatdadır. MMC-nin hazırda qanuni təmsilçisi Seyidəliyev Pərviz Mir Yaqub oğludur. Mətbuatda dərc olunan məlumatlara görə, şirkətin SOCAR-ın sabiq prezidenti, iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevin qudası Zeynal ƏIiyevə məxsus olduğu bildirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az