"Tibbi təhsili yoxdur, lakin həkimdir" - Onkoginekoloq Turanə Nəsibovadan şikayət

16:48 - 08 Avqust 2025

\"Tibbi təhsili yoxdur, lakin həkimdir\" - Onkoginekoloq Turanə Nəsibovadan şikayət

"Atlas Medical Center"də fəaliyyət göstərən onkoginekoloq Turanə Nəsibovanın tibbi təhsili olmadığı iddia olunub.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, sözügedən şəxsin tibbi fəaliyyət göstərə bilməsi üçün nəinki ali, heç orta ixtisas təhsili də yoxdur.

Məsələ ilə bağlı sorğuya cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib ki, Azərbaycan Respublikasında praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququ olan həkimlər və orta tibb işçiləri barədə məlumatlar Səhiyyə Nazirliyinin "Tibb kadrlarının vahid reyestri"ndə əks olunur. Sözügedən reyestrdə Turanə Nəsibova ilə bağlı hər hansı məlumat yer almır.

Onkoginekoloq Turanə Nəsibova və "Atlas Medical Center" ilə əlaqə saxlamağa çalışılsa da, zənglərə cavab verən olmayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az