ABŞ Prezidenti Donald Trampın gələn həftə Rusiya lideri Vladimir Putinlə görüşməyi planlaşdırdığı bildirilir.
Manset.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Qeyd olunub ki, Trampla Putinin görüşünün planları barədə Ağ Evin adı açıqlanmayan yüksək vəzifəli məmuru məlumat verib.
Məlumata görə, görüş dörd ölkədən birində gerçəkləşə bilər. Bunlar BƏƏ, Macarıstan, İsveçrə və Romadır.
Ağ Ev nümayəndəsinin sözlərinə görə, əlavə təfərrüatlar, logistika hələ də tam aydın deyil və hər an dəyişə bilər.
Eyni zamanda, Ukrayna prezidenti Volodimir Zelenskinin iki liderin görüşündə mümkün iştirakı barədə məlumat yoxdur.
Mənbə qeyd edib ki, Rusiya atəşkəs üçün tələblər siyahısını da irəli sürüb.