Boyun və baş ağrılarının gizli səbəbi budur

19:32 - 12 Avqust 2025

Boyun və baş ağrılarının gizli səbəbi budur

Yuxu zamanı istifadə edilən yastıq yalnız rahatlıq üçün deyil, həm də sağlamlıq baxımından mühüm rol oynayır.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mütəxəssislər yanlış yastıq seçiminin boyun, baş ağrılarına, nəfəsalma problemlərinə və yuxu keyfiyyətinin düşməsinə səbəb olduğunu bildirirlər.

Uyğunsuz hündürlükdə və sərtlikdə olan yastıqlar boyun və onurğa sütunun anatomik düzülüşünü poza bilər. Bu isə əzələ gərginliyi, qan dövranı pozğunluğu və səhər yorğunluğuna səbəb olur. Həmçinin boyun əzələlərinin gərilməsi səhər saatlarında güclənən baş ağrılarına yol açır.

Uzun müddət dəyişdirilməyən və ya təmizlənməyən yastıqlar toz gənələri və allergenlərlə zəngin olur. Bu da astma, xroniki sinüzit və allergik reaksiyalara səbəb ola bilər.

Yanlış yastıqlar tənəffüs yollarını daraldaraq yuxu apnesi və xoruldama kimi problemləri gücləndirir. Nəticədə gecə tez-tez oyanma və gündüz yorğunluğu ilə özünü göstərir.

Ona görə də sağlam yuxu və həyat keyfiyyəti üçün düzgün yastıq seçimi vacibdir. Yastığınızın hündürlüyü, sərtliyi və materialı bədən quruluşunuza uyğun olmalıdır. Mütəxəssislər yastığın ildə ən azı bir dəfə dəyişdirilməsini və mütəmadi təmizlənməsini tövsiyə edirlər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az