Kolleclərə qeydiyyat başlayır

18:27 - 13 Avqust 2025

Kolleclərə qeydiyyat başlayır

14 avqust saat 11:00-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək.


Bu barədə Manset.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

    Qəbul olunan şəxslər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

    Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

    Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 22 avqust saat 18:00-da başa çatacaq.


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az