Azərbaycanda şəkər xəstələrinin sayı artıb.
Manset.az xəbər verir ki, bu barədə "Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti" statistik məcmuəsində qeyd olunub.
Məlumata görə, ötən il ilk dəfə diabet diaqnozu qoyulmuş xəstələrin sayı 2024-cü ildə 33533 nəfərə çatıb. 2023-cü ildə isə bu rəqəm 30500 nəfər olub.
Statistik rəqəmlərə görə, ilk dəfə diaqnoz qoyulan 33533 nəfər diabet xəstəsinin 1 134 nəfəri insulindən asılıdır.
Ümumilikdə tibb müəssisələrində qeydiyyatda olan şəkər xəstələrinin sayı isə 2024-cü il üzrə 423 523 nəfərdir.
Qeyd edək ki, bundan bir il öncə bu rəqəm 385 179 olub.