Mütəxəssislər hər gün 10.000 addım atmağı sağlam həyat tərzinin əsas elementi kimi tövsiyə edirlər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu sadə vərdiş həm fiziki, həm də zehni sağlamlıq üçün saysız faydalar deməkdir.
1. Ürək sağlamlığını gücləndirir:
Gündəlik gəzinti qan dövranını yaxşılaşdırır, ürək ritmini tənzimləyir və ürək-damar xəstəlikləri riskini azaldır.
2. Çəkiyə nəzarət və maddələr mübadiləsi:
10 min addım təxminən 400-500 kalori yandırmağa kömək edir, maddələr mübadiləsini sürətləndirir və diabet riskini azaldır.
3. Sümük və əzələləri qoruyur:
Gəzinti sümük sıxlığını və əzələ gücünü artırır, osteoporoz və yaşa bağlı əzələ itkisinə qarşı qoruyucu təsir göstərir.