Naxçıvan Fövqəladə Hallar Nazirliyinin Dövlət Sənaye və Dağ-Mədən Təhlükəsizliyi İdarəsinə yeni rəis təyin edilib.
Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə
FHN-nin Dağ- Mədən Nəzarəti Dövlət Agentliyinin Metallurgiya sənayesində işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin rəisi
İlqar Qocayevi vəzifəsindən azad olunub.
Müvafiq əmrlə İlqar Qocayev Naxçıvan FHN-nin Dağ-Mədən Təhlükəsizliyi İdarəsin rəisi vəzifəsinə təyin edilib.