Xəbər verdiyimiz kimi, Bakıda 8 nəfər zəhələnib. Zəhərlənən şəxslərin hamısı “Dönər market”dən toyuq dönəri alıb yediklərini bildiriblər.
Manset.az məsələ ilə bağlı sözügedən ictimai iaşə müəssisəsinin mövqeyini öyrənib.
“Dönər market”in administratoru Orxan Ağayev Ölkə.Az-a açıqlamasında ittihamları qəbul etməyib. O, ilk dəfədir belə bir halla rastlaşdıqlarını deyib:
“Biz təxminən 2 ilə yaxındır ki, fəaliyyət göstəririk. Bu vaxta qədər bizdə belə bir hadisə baş verməyib. Həmin şəxslər də dəfələrlə bizdən dönər alıb yeyiblər. Əgər kimsə o dönərin üstündən başqa bir qida və ya içki qəbul edib zəhərlənibsə, ona artıq biz cavabdeh deyilik. Həm Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən sertifikatımız, həm də məhsulları gətirən şirkətlə müqaviləmiz var. Ekspertizada araşdırıldıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”.
Administrator rəhbər və işçi heyət arasında saxlanılanların olmadığını və obyetin müvəqqəti fəaliyyətini dayandırdığını söyləyib.
“Hazırda obyekt bağlıdır, yoxlamalar gedir”.