Tanınmış jurnalist Sevil Nuriyeva həyat yoldaşı, iş adamı Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirovun Türkiyədə azadlığa buraxılmasına münasibət bildirib.
Manset.az Teleqrafa istinadən xəbər verir ki, Sevil Nuriyeva mərhum həyat yoldaşının qatilinin azadlığa buraxılmasından xəbərdar olduğunu deyib.
O qeyd edib ki, məsələ ilə bağlı hüquq müstəvisində addımlar atılıb:
"Vəkilimiz lazım olan addımları atıb. Hazırda bu məsələ ilə məşğuldur".