Uzun müddət öskürmək nədən xəbər verir?

08:30 - 06 Sentyabr 2025

Uzun müddət öskürmək nədən xəbər verir?

Öskürək, gündəlik həyatda çoxlarının rastlaşdığı sağlamlıq problemi olsa da, uzun müddət davam etdikdə ciddi xəbərdarlıq siqnalı sayılır.


Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, AKU.WS xəbər verir ki, bəzən sadə soyuqdəymə və ya qripdən sonra qalıq olaraq ortaya çıxan öskürək, bəzi hallarda daha ağır xəstəliklərin xəbərçisi ola bilər.

Xüsusilə üç həftədən çox davam edən öskürəklər diqqətlə qiymətləndirilməlidir. Çünki vaxtında müalicə edilmədikdə ciddi fəsadlara səbəb olur.

Soyuqdəymə və qripdən sonra qalıq öskürək

Virusların yaratdığı öskürək bəzən həftələrlə davam edə bilər.

Astma

Nəfəs darlığı, xırıltı və xüsusilə gecə öskürəyi astmanın əlaməti ola bilər.

Bronxit və ağciyər infeksiyaları

Uzunmüddətli bəlğəmli öskürək bronxit və ya pnevmoniyadan xəbər verə bilər.

Reflü

Sinədə yanma və quru öskürək reflü ilə əlaqəli ola bilər.

Siqaret və hava çirkliliyi

Xroniki öskürək, siqaret istifadəsi və ya çirkli hava şəraitindən qaynaqlana bilər.

Daha ciddi xəstəliklər

Vərəm, KOAH və ya ağciyər xərçəngi kimi xəstəliklər də keçməyən öskürəyə səbəb ola bilər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az