Qaradağda sürücü yuxuladı: Avtomobil məhəccərə çırpıldı - VİDEO

12:08 - 06 Sentyabr 2025

Qaradağda sürücü yuxuladı: Avtomobil məhəccərə çırpıldı - VİDEO

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.

Hadisə Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Səhər saat 5:30-da Bakı istiqamətində hərəkətdə olan Həsən Hilal oğlu Məmmədov 77-UM-473 dövlət nömrə nişanlı "KIA Sorento" avtomobilinin sükanı arxasında yuxulayıb. Hadisə nəticəsində avtomobil magistralın kənarındakı dəmir məhəccərə dəyib. Məhəccər maşına ön hissədən girərək arxadan çıxıb. Hadisə nəticəsində sürücü xəsarət alıb, avtomobilə ciddi xəsarət dəyib.

Faktla bağlı araşdırma aparılır.




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az