ABŞ Prezidenti Donald Tramp İsraildə keçiriləcək seçkilər ərəfəsində Baş nazir Binyamin Netanyahuya dəstəyini bir daha ifadə edərək, onun “yaxşı baş nazir” olduğunu bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında etdiyi paylaşımda sabah səsverməyə gedəcək İsrail seçicilərinə müraciət edib.
Binyamin Netanyahunun “yaxşı baş nazir” olduğunu müdafiə edən Tramp paylaşımında bu ifadələrə yer verib:
“Səsverməyə gedərkən, xahiş edirəm, Bibinin qeyri-adi döyüşçü baş nazir olduğunu unutmayın. Baş nazir postuna Bibi Netanyahuya səs verin. Başladığımız işi başa çatdırmalıyıq”.