ABŞ-də yerləşən süni intellekt şirkəti Anthropic-in hazırladığı Claude modelinin Corciya ştatında ödəniş müqabilində əldə edilə bilən ümumi səs sayı məlumatlarına insan təsdiqi olmadan daxil olduğu bildirilir. Bununla belə, modelin ştatın seçici qeydiyyatı sisteminə daxil olmadığı qeyd edilir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Anthropic-in nümayəndəsi Claude modelindən şirkət daxilində həyata keçirilən statistik layihə çərçivəsində açıq məlumatların toplanması üçün istifadə edildiyini bildirib.
Nümayəndənin sözlərinə görə, modelə belə bir tapşırıq verilməməsinə baxmayaraq, Claude adətən ödəniş qarşılığında əldə edilə bilən məlumatları özündə birləşdirən idarəetmə panelini sorğulamaq üçün kod tələb edib.
Şirkət nümayəndəsi modelin ştatın seçici qeydiyyatı sisteminə daxil olmadığını, heç bir səsvermə qeydini dəyişdirmədiyini və həmin qeydlərdən məlumat götürmədiyini vurğulayıb.
O, bu cür halların qarşısını almaq üçün zəruri tədbirlərin görüldüyünü də bildirib.