logo
logo logo
logo

"Afrika ölkələri ilə münasibətləri inkişaf etdirmək niyyətindəyik" - Hikmət Hacıyev 

17:40 - 26 Oktyabr 2026

\"Afrika ölkələri ilə münasibətləri inkişaf etdirmək niyyətindəyik\" - Hikmət Hacıyev 

Azərbaycan Afrika qitəsi ilə əlaqələrini daha da inkişaf etdirməyi səbirsizliklə gözləyir. Bizim Afrika ilə tarixi bağımız var. Sovet dövründə bir çox tələbələr Azərbaycanda oxuyublar və onlar öz ölkələrinin inkişafına töhfə verməyə davam edirlər.


Manset.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiya zamanı deyib.

“Onlar, həmçinin Afrika və Azərbaycan arasında humanitar əlaqələr də yaradırlar. Bizim Afrika ölkələri ilə münasibətlərimizi daha da inkişaf etdirmək niyyətimiz var”, - deyə H.Hacıyev əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az