Bəzi ərazilərdə işıq kəsiləcək - Sakinlərin nəzərinə

22:36 - 16 Sentyabr 2025

Bəzi ərazilərdə işıq kəsiləcək - Sakinlərin nəzərinə

Culfada elektrik enerjisinin verilişində fasilələr olacaq.


Manset.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, Naxçıvan RETSİ tərəfindən 2025-2026-cı illər payız-qış mövsümünə hazırlıq çərçivəsində təsdiqlənmiş tədbirlər planına uyğun olaraq təmir-bərpa işləri aparılacaq.

Təmir işləri Çeşməbasar yarımstansiyasından qidalanan 35 kV-luq Əbrəqunus hava xəttində görüləcək. Bu səbəbdən 35/10 kV-luq Əbrəqunus yarımstansiyasında gərginlik olmayacaq.

Sentyabrın 17-də, saat 10:00-13:00-dək Camaldın, Bənəniyar, Saltaq, Göydərə, Əlincə, Xanəgah, Xoşkeşin, Gal, Şurut, Milax, Qazançı, Boyəhməd və Ləkətağ kəndlərində elektrik enerjisində fasilələr gözlənilir.

Qeyd olunur ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda mərhələli təmir işləri davam etdiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az