logo
logo logo
logo

"Yaxşı olardı ki, kuryerlər də vergiyə cəlb olunsunlar" - Deputat

13:39 - 06 Noyabr 2026

\"Yaxşı olardı ki, kuryerlər də vergiyə cəlb olunsunlar\" - Deputat

"Kuryer fəaliyyətində də vergi güzəştlərinin tətbiqi təklif olunur".


Manset.az xəbər verir ki, bu fikirləri deputat Azər Badamov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Vergi Məcəlləsinə və bir neçə qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, kuryer fəaliyyəti ilə məşğul olunanlara 15 manat sadələşdirilmiş vergi müəyyənləşdirilir:

"Yaxşı olardı ki, kuryerlər də taksi fəaliyyəti ilə məşğul olanlar kimi 1%-lik vergi rejiminə cəlb olunsunlar. Çünki kuryerlərin hamısının gəlirləri eyni olmur. Onlar həm də danışıq ödənişləri ilə məşğul deyillər. Kuryerlər fəaliyyətlərini platformalar vasitəsilə həyata keçirdikləri üçün onların iş rejiminin tənzimlənməsi və gəlirlərinin ödənilməsi də həmin platformalar üzərindən daha rahatdır".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az