logo
logo logo
logo

Kuryerlər 15 manat vergi verəcəklər 

09:46 - 06 Noyabr 2026

Kuryerlər 15 manat vergi verəcəklər 

Azərbaycanda sifarişlərin çatdırılması və kuryer fəaliyyəti ilə məşğul olan şəxslər üçün yeni sabit vergi məbləği müəyyənləşdirilməsi təklif edilir.


Manset.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə nəzərdə tutulub.

Layihəyə əsasən, muzdlu işçi cəlb etmədən fərdi qaydada fəaliyyət göstərən şəxslərin ödədiyi sadələşdirilmiş vergi üzrə fəaliyyət növlərinin siyahısı genişləndirilir.

Siyahıya avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla, sifarişlərin çatdırılması və kuryer fəaliyyəti də əlavə edilir.

Bu fəaliyyət üzrə aylıq sabit sadələşdirilmiş verginin baza məbləği 15 manat müəyyən olunur.

Qeyd edək ki, Vergi Məcəlləsinin mövcud qaydalarına əsasən, bu kateqoriyadan olan şəxslərin ödədiyi sabit verginin yekun məbləği fəaliyyət göstərdikləri ərazi üzrə müəyyən edilən əmsallar nəzərə alınmaqla hesablanır.

Dəyişiklik qəbul olunacağı təqdirdə, fərdi qaydada kuryer fəaliyyəti göstərən şəxslər də həmin vergitutma mexanizminə daxil ediləcəklər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az