Bakının bu qəsəbəsində qaz olmayacaq

17:49 - 18 Sentyabr 2025

Bakının bu qəsəbəsində qaz olmayacaq

Sabah Şağan qəsəbəsinə təbii qazın verilişində müvəqqəti fasilə yaranacaq.


"Azəriqaz"dan Manset.az-a verilən məlumata görə, Şağan qəsəbəsini təbii qazla təmin edən diametri 325 mm-lik orta təzyiqli qaz kəmərinin dayaqlar üzərinə qaldırılması məqsədilə 19.09.2025-ci il tarixdə saat 10:00-dan işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

Həmin müddət ərzində Şağan qəsəbəsinə təbii qazın verilişində məhdudiyyət olacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az