29-30
sentyabr 2025-ci il tarixində paytaxt Bakıda
nüfuzlu “INMerge” İnnovasiya Sammiti-2025 baş tutacaq. PAŞA Holdinq-in təşkilatçılığı
ilə keçirilən layihənin əsas məqsədi texnoloji yeniliklər, startaplar və
innovativ həlləri təşviq etmək, eləcə də müxtəlif ölkələri təmsil edən iş
adamları və investorların şəbəkələşməsinə dəstək olmaqdır. Sammit çərçivəsində
fintex, telekommunikasiya, elektron ticarət kimi sahələrdən olan innovatorlar,
investorlar və sahənin nüfuzlu liderləri Bakı Konqres Mərkəzində bir araya gələcək.
Bu
il sammit çərçivəsində sosial məsuliyyət sahəsində önəmli əməkdaşlıq elan
edilib. Belə ki, tədbirin rəsmi sosial tərəfdaşı Qırmızı Ürəklər Fondu seçilib.
Bununla da sammit çərçivəsində satışa çıxarılan brendləşmiş geyim, aksesuar
kimi promo məhsulların satışından əldə olunan gəlirlər Fonda ianə ediləcək. Bu
təşəbbüslə sammit iştirakçıları və tərəfdaşlarına sosial layihələrə birbaşa
töhfə vermək imkanı yaradılacaq.
Qeyd
edək ki, “Red Hearts” – “Qırmızı Ürəklər Fondu” 2020-ci ildə “Kapital Bank”ın
bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlayıb. Həmin
ildə dövlət qeydiyyatına alınan fond ölkəmizdə ianəçilik mədəniyyətinin
formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası,
təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib
mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi
yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir.
“Qırmızı Ürəklər Fondu”nun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək
sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına
daxil ola bilərsiniz.