Saleh Məmmədov vətəndaşları qəbul etdi - VİDEO/FOTO

13:06 - 26 Sentyabr 2025

Saleh Məmmədov vətəndaşları qəbul etdi - VİDEO/FOTO

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2025-ci ilin sentyabr ayı üzrə şəhər və rayonlarda vətəndaş qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov Hacıqabul rayonunda vətəndaşları qəbul edib.


Qəbuldan əvvəl Saleh Məmmədov və Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra Hacıqabul rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilən qəbulda Hacıqabul rayonundan və Şirvan şəhərindən olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.

Qəbul zamanı vətəndaşlar əsasən avtomobil yollarının təmir-bərpası, yenidən qurulması, işə qəbul və digər aidiyyəti məsələlərlə bağlı müraciətlər ediblər.

Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, şikayətlərin operativ şəkildə araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə AAYDA-nın aidiyyəti struktur bölmələrinin rəhbərlərinə konkret tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həllini tapıb, əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülüb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaş müraciətlərinə hər zaman həssas yanaşır və onların operativ həlli istiqamətində fəaliyyətini davam etdirir.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az