Oqtay Şirəliyev vəfat etdi

19:12 - 03 Oktyabr 2025

Oqtay Şirəliyev vəfat etdi

Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev vəfat edib.


Manset.az Report-a istinadən xəbər verir ki, o, bu gün 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə dünyasını dəyişib.

Xatırladaq ki, Oqtay Şirəliyev 1950-ci il avqustun 2-də Bakıda həkim ailəsində anadan olub. 1967-1973-ci illər N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu “Müalicə işi” ixtisası üzrə bitirib. O, 2005-2021-ci illərdə Azərbaycanın səhiyyə naziri olub.

Xatırladaq ki, Manşet.az Xəbər Portalı bir müddət öncə Oqtay Şirəliyevin xərçəng xəstəliyindən əziyyət çəkməsi ilə bağlı məlumat vermişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az