Ölkənin aparıcı pərakəndə şəbəkəsi “Kontakt”
və peşəkar tədris proqramları ilə tanınan “Div Academy” gənclər üçün bu il də güclərini
birləşdirib. Yeni dərs mövsümünə qədər gəlib çıxan “Gələcəyi Yazanlar”
təqaüd proqramının II dalğasına qeydiyyatı artıq bitmək üzrədir.
Ölkədə innovasiyalar sahəsində
ixtisaslaşmış kadrların hazırlanması məqsədi daşıyan bu proqramla tam 1000 nəfər
Azərbaycan vətəndaşı təqaüdlə təhsil ala bilir. Müraciətçilər imtahan nəticələrinə
uyğun olaraq 60% və ya 40%-li təhsil təqaüdü qazanır.
Bundan başqa, proqram sosial cəhətdən həssas
əhali qrupunu da diqqətdən kənarda qoymur. Şəhid ailələri, ünvanlı
sosial yardım alanlar, I qrup əlilliyi olan şəxslərin
övladları və valideynlərini itirmiş 50 nəfər bu layihədən
tamamilə ödənişsiz – 100% təqaüdlə yararlana biləcəklər.
Sadəcə oktyabrın 15-dək
qeydiyyatı davam edən bu proqramda əmək bazarında ən çox tələb olunan
sahələr - Rəqəmsal Marketinq, Proqramlaşdırma, Data Science və IT Layihələri
üzrə biliklər əhatə olunur.
Təqaüd proqramında iştirak haqqı qazanan hər
kəs peşəkar mühitə daxil olmaq, müvafiq sektorda əlaqələr qurmaq və karyera
üçün güclü bünövrə formalaşdırmaq imkanı əldə etmiş olacaqlar. Dərslərin əyani
keçirilməsi isə tədrisin praktiki bilik əsaslı olacağını bir daha sübut edir.
Layihə haqqında daha ətraflı məlumat üçün buraya
keçid edə bilərsiniz.
Qeyd edək ki, bu proqram ötən il də uğurla
həyata keçirilib və iştirakçıların böyük bir qismi artıq təhsil istiqamətləri
üzrə işləməyə də başlayıblar. Ona görə də, bu fürsəti dəyərləndirib gələcəyi
indidən düşünməyin vaxtıdır.