Əli Həsənov 2 milyardlıq mülklərdən DANIŞDI - “Heç biri ailəmin deyil” 

15:04 - 17 Oktyabr 2025

Əli Həsənov 2 milyardlıq mülklərdən DANIŞDI - “Heç biri ailəmin deyil” 

"Uydurma məlumatlardır. Mənim Ramiz Mehdiyevlə son 5 ildə heç bir təmasım olmayıb və onunla bağlı heç bir istintaqa da cəlb olunmamışam”.


Manset.az Demokrat.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında PA-nın keçmiş şöbə müdiri Əli Həsənov deyib. 

O bildirib ki, KİV-də onun ailəsinə aid olduğu bildirilən mülklərin heç biri ailəsinə məxsus deyil. 

Qeyd edək ki, sabiq PA sədri Ramiz Mehdiyevin həbsindən sonra Əli Həsənovun da istintaqa cəlb edilməsi ilə bağlı müxtəlif məlumatlar yayılıb.  

Tanınmış jurnalist Heydər Oğuz isə Əli Həsənovun 2 milyardlıq mülklərinin olduğunu iddia edən siyahı yayımlayıb. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az