Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən “Azərişıq” ASC regionlarda maarifləndirici tədbirləri davam etdirir, bölgələrdə yerli sakinlərlə mütəmadi görüşlər təşkil olunur.
Manset.az xəbər verir ki, bu məqsədlə oktyabrın 17-də “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Şamaxı Elektrik Şəbəkəsinin inzibati binasında Şamaxı və Qobustan rayonlarından olan vətəndaşlarla görüşüb. Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.
Əvvəlcə
Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərindəki abidəsi ziyarət olunaraq
önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
Qəbul
zamanı “Azərişıq” ASC-nin fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər
cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər
görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə
alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib. Qəbulda iştirak edən vətəndaşlar
regionlarda elektrik şəbəkələrinin yenilənməsi işlərinə, eləcə də onlara göstərilən
diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə
ediblər.
“Azərişıq”
ASC ölkənin bütün regionlarında mütəmadi olaraq maarifləndirici tədbirlər həyata
keçirir. Bölgələrdə vətəndaşlarla görüşlər təşkil olunur, onların təklif və
tövsiyələri dinlənilir. Məqsəd abonentlərin dayanıqlı və fasiləsiz elektrik
enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsidir.