Azərbaycanda yeni təşkilat yaradıldı

18:17 - 18 Oktyabr 2025

Azərbaycanda yeni təşkilat yaradıldı

Azərbaycanda “Ekoloji Dayanaqlılıq və Təbiətin Qorunması” İctimai Birliyi təsis edilib.


Manset.az Demokrat.az-a istinadən xəbər verir ki, yeni ictimai birlik ölkəmizdə ətraf mühitin qorunması və davamlı inkişaf sahəsində fəaliyyət göstərəcək.

Əsas məqsəd ölkədə ekoloji dayanıqlılığın təbliği, təbiətin qorunması, bioloji müxtəlifliyin saxlanılması və ictimaiyyətin ekoloji məsələlərə cəlb edilməsinə diqqətin artırılmasıdır. 

Təşkilatın təsisçisi Vasif Həsənli bildirib ki, son illər Azərbaycan dövlətinin ekoloji sahəyə diqqəti daha da artıb.

Onun sözlərinə görə, ölkəmizdə ekoloji sahədə səmərəli təşəbbüslər və milli proqramlar dövlət tərəfindən dəstəklənir.

Qeyd edək ki, yaxın günlərdə “Ekoloji Dayanaqlılıq və Təbiətin Qorunması” İctimai Birliyinin İdarə Heyətinin yığıncağı keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az