Həm dünyada, həm də ölkəmizdə kiberdələduzluqla bağlı həyəcan təbilinin çalındığı bir vaxtda insanlar hər gün yeni üsullarla aldadılırlar. Dələduzlar müxtəlif yollarla insanların inam və etibarını qazanaraq onları çıxılmaz vəziyyətə salır. Son zamanlar isə məlumatsız şəxslərin aldadılması və onlara məxsus bank kartlarının alınması ilə bağlı dələduzluq halları artmaqdadır. Araşdırmalar göstərir ki, bu növ dələduzluq adətən sosial təminatı aşağı, məlumatsız və ya yaşlı insanların başlarına gəlir. Belə ki, müxtəlif yollarla vətəndaşlara yaxınlaşan dələduzlar onlara bank filallarından və ya rəqəmsal kanallardan kart əldə etmələrini təklif edirlər. Daha sonra müəyyən ödəniş qarşılığında həmin şəxslərdən kart və kart məlumatları alınaraq dələduzluq əməllərində istifadə edilir.
Bəs bank kartını başqalarına vermək nə ilə nəticələnə bilər?
Fərdi məlumatların oğurlanması: Bank kartını və ona aid məlumatların 3-cü şəxsə
ötürülməsi, eyni zamanda fərdi məlumatların da ötürülməsi deməkdir. Bununla da
dələduzlar məlumatını əldə etdiyi şəxsin maliyyə hesabına giriş əldə edə və
onun bütün bank əməliyyatlarına nəzarət edə bilirlər. Belə hallarda adətən
aldadılan şəxslərin adı ilə qeyri-qanuni maliyyə əməliyyatları icra edilir.
Xüsusən də qanunsuz yollarla əldə edilən vəsaitlərin izlərinin itirilməsi
prosesində bu kimi kart hesabları istifadə edilə bilir.
Maliyyə itkiləri:
Kartın başqasına verilməsi dələduza hesabdakı vəsaitdən istədiyi kimi istifadə
etmək hüququ verir. Bu isə istifadəçiyə məxsus bütün bank hesablarını təhlükə
altına ata və maliyyə itkisinə səbəb ola bilər.
Hüquqi nəticələr: Hər
bir vətəndaş ona məxsus bank kartları ilə icra olunan əməliyyatlara qarşı
cavabdehdir. Kartın başqasına verilməsi kart sahibinə hüquqi öhdəlik yaradır. 3-cü
tərəfə verilən kartla hər hansı qanunsuz əməliyyat həyata keçirildikdə kart
sahibi bu əməliyyatın nəticəsinə görə cinayət məsuliyyətinə cəlb oluna bilər.
Pulunuzu itirməmək və cinayətin bir hissəsi olmamaq üçün diqqətli
olmaq çox vacibdir.
Kartınızı yalnız özünüz istifadə edin: Bank kartları yalnız bank
hesabı açılan müştəriyə məxsusdur və onun istifadəsi üçün nəzərdə tutulub.
Şübhəli əməliyyatlar zamanı diqqətli olun: Kart hesablarınızı
mütəmadi nəzarətdə saxlayın. Şübhəli əməliyyat gördüyünüz halda dərhal
müştərisi olduğunuz banka və hüquq mühafizə orqanlarına müraciət edin.
Dələduzlara aldanmayın: Sizdən bank kartlarınızı hansısa ödəniş və ya
xidmət qarşılığında istəyən şəxslərə qarşı diqqətli olun. Kartınıza və ya bank
hesabınıza dair məlumatlar yalnız sizə məxsusdur və bu məlumatları heç kimlə
bölüşmək olmaz. Bu məlumatları sizdən istəyən şəxslərlə bağlı dərhal aidiyyatı
orqanlara xəbər verməniz tövsiyə olunur.
Kapital Bank olaraq bir daha xatırladırıq ki, maliyyə
qurumlarının həyata keçirdiyi təhlükəsizlik tədbirləri ilə yanaşı vətəndaşların
da diqqətli olmaları şəxsi hesablarını qoruması və fərdi məlumatlarını,
kartlarını digər şəxlərlə paylaşmaması olduqca vacibdir. Şübhəli hallarla
qarşılaşdığınız zaman dərhal müştərisi olduğunuz bankın qaynar xəttinə xəbərdarlıq
edin. Hər hansı şübhəli mesaj, zəng və ya sosial media hesabını görsəniz, dərhal
müvafiq qurumlara və müştərisi olduğunuz banka bildirin. Beləliklə, başqalarının
da kiberdələduzların hədəfinə çevrilməsinin qarşısını ala bilərsiniz.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə
daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 52 şöbəsi ilə
müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat
almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə
və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi
üçün – https://kbl.az/prcrc.