Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin adı Təhlükəsizlik Şurasının saytından çıxarılıb.
Manset.az xəbər verir ki, Təhlükəsizlik Şurasının saytında üzvlərin adları olan bölmə ləğv edilib.
Qeyd edək ki, Ramiz Mehdiyevin Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılacağı ilə bağlı xəbəri Manşet.az-a açıqlamasında Şuranın katibinin müavini general-polkovnik Mədət Quliyev bildirmişdi.