Boğaz ağrısına səbəb olan xəstəliklər - Nəyin əlamətidir?

01:30 - 22 Oktyabr 2025

Boğaz ağrısına səbəb olan xəstəliklər - Nəyin əlamətidir?

Fəsil dəyişikliyi ilə birlikdə artan qrip və soyuqdəymə halları ilə müşahidə olunan boğaz ağrısı, əgər tez-tez təkrarlanırsa, ciddi bir xəstəliyin xəbərçisi ola bilər.


Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, həkimlər bu simptoma laqeyd yanaşmağı düzgün hesab etmir. Çünki davamlı boğaz ağrısı bir sıra infeksion və sistemik xəstəliklərin əlaməti ola bilər.

Türkiyəli qulaq, burun-boğaz xəstəlikləri üzrə mütəxəssis dosent Mustafa Tanrıverdi deyib ki, Strep A, qrip (influenza) və soyuqdəymə (nezle) kimi infeksiyalar uzunmüddətli və şiddətli boğaz ağrılarının əsas səbəblərindəndir.

Tanrıverdi qeyd edib ki, Strep A badamcıqların (tonsillərin) kəskin infeksiyasıdır. Əksər hallarda virus mənşəli olsa da, halların 5-10

faizi bakteriyalarla əlaqəlidir. Bu bakteriyalar arasında ən çox rast gəlinəni "S. pyogenes”dir və cəmiyyətdə bu infeksiya "Strep A

xəstəliyi” kimi tanınır.

Bu infeksiyanın daha çox inkişaf etməkdə olan ölkələrdə görüldüyünü bildirən mütəxəssis deyib ki, maska istifadəsi və gigiyena

qaydalarına əməl olunmaması səbəbindən yoluxma riski artır. Xəstəlik yaxın təmas və tənəffüs yolları ilə ötürülür. Strep A bədənə

girdikdən 2-4 gün sonra simptomlar başlayır: qəfil yüksələn hərarət, güclü boğaz ağrısı, baş və əzələ ağrıları, bulantı və boyunda

ağrılı limfa düyünləri.

Müalicə gecikərsə və ya düzgün aparılmazsa, bu infeksiya kəskin revmatik qızdırma və böyrəklərin iltihabı (akut qlomerulonefrit)

kimi ağır fəsadlara yol aça bilər. Tanıda xəstənin klinik əlamətləri, boğaz müayinəsi, limfa düyünlərinin böyüməsi və sürətli antigen

testi əsas rol oynayır. Müalicədə ilk seçim penisilindir – bir dəfə əzələdaxili tətbiq olunan benzatin penisilin G preparatı istifadə

olunur. Əlavə olaraq ağrı və hərarətə qarşı simptomatik müalicə də verilir.

Tanrıverdi bildirib ki, payız aylarında təkrarlanan boğaz ağrısının ən çox rast gəlinən səbəblərindən biri qripdir. Bu xəstələrdə boğaz

ağrısı ilə yanaşı yüksək hərarət, baş ağrısı, öskürək, əzələ və oynaq ağrıları müşahidə olunur. Xüsusilə immun sistemi zəif şəxslərdə

– bir yaşdan kiçik körpələrdə, 65 yaşdan yuxarı şəxslərdə, hamilələrdə, şəkər və təzyiq xəstələrində ağır fəsadlar və ölüm riski

yarada bilər.

Qripin inkubasiya müddəti adətən 1–3 gündür. Simptomlar başladıqdan sonra xəstədə güclü boğaz ağrısı, quru öskürək, halsızlıq

və iştahasızlıq yaranır. Uşaqlarda bu əlamətlərə yuxululuq və narahatlıq da əlavə olunur. Bəzi hallarda boğaz ağrısı və yorğunluq iki

həftəyə qədər davam edə bilər.

Müalicədə ilk 3 gün ərzində antiviral dərman ("Oseltamivir”) istifadəsi simptomları yüngülləşdirir. Ağrı, hərarət və öskürəyə qarşı

ağrıkəsicilər və antihistaminiklər təyin edilir. Xəstəlik virus mənşəli olduğuna görə antibiotik istifadəsi məsləhət görülmür.

Qorunma tədbirləri olaraq qapalı məkanların havalandırılması, maska taxılması və əllərin tez-tez yuyulması vacibdir.

Tanrıverdi soyuqdəyməni belə izah edib: "Burun axıntısı, asqırma, boğaz ağrısı və yüngül baş ağrısı ilə müşahidə olunan virus

mənşəli infeksiyadır. Əlavə olaraq öskürək, halsızlıq, iştahsızlıq və nadir hallarda hərarət də ola bilər".

Bu xəstəliyə təxminən 200 müxtəlif virus səbəb ola bilər, ən çox rast gəlinənlər isə rinoviruslardır.

Soyuqdəymə payız və qış aylarında geniş yayılır. Yetkinlər ildə 2–3, uşaqlar isə 6–12 dəfə bu infeksiyaya yoluxa bilər. Yoluxma

əsasən damcı və ya çirklənmiş səthlər vasitəsilə baş verir. Müalicə simptomatikdir: ağrıkəsicilər, hərarətsalıcılar və antihistaminiklər

istifadə olunur, antibiotiklər isə təsirsizdir. Ən yaxşı dəstək müalicəsi – bol maye qəbulu və istirahətdir. Əllərin yuyulması, antiseptik

istifadəsi, maska və əlcək taxmaq virusun yayılmasının qarşısını alır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az