"Araz-Naxçıvan" "Sumqayıt"a qalib gəldi 

20:08 - 15 Fevral 2026

\"Araz-Naxçıvan\" \"Sumqayıt\"a qalib gəldi 

Misli Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.


Manset.az xəbər verir ki, günün ikinci matçında "Sumqayıt" "Araz-Naxçıvan"la üz-üzə gəlib.

Qarşılaşma Naxçıvan klubunun qələbəsi ilə bitib - 1:0. 45+5-ci dəqiqədə Ramon Maçado penaltidən fərqlənib. "Gənclik şəhəri" təmsilçisinin heyətində Aleksandr Ramalinqom 74-cü dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu nəticədən sonra "Sumqayıt" 30 xalla altıncı, eyni xala malik olan "Araz-Naxçıvan" yeddinci pillədə qərarlaşıb.

Günün ilk matçında "Neftçi" "Kəpəz"i üstələyib - 3:1.

Qeyd edək ki, tura fevralın 16-da yekun vurulacaq. Ötən gün "Qarabağ" "İmişli"ni, "Zirə" "Karvan-Yevlax"ı 1:0 hesabı ilə məğlub edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az