logo
logo logo
logo

Qapı arxasında qalan 7 aylıq uşaq xilas edildi - FOTO

14:49 - 24 Oktyabr 2026

Qapı arxasında qalan 7 aylıq uşaq xilas edildi - FOTO

Tovuzda bağlı qapı arxasında qalan azyaşlı xilas edilib.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Tovuz şəhərinin Xəqani küçəsində qeydə alınıb. Belə ki, sözügedən küçədə yerləşən hündürmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzildə 7 aylıq azyaşlı uşaq qapı bağlanaraq evdə qalıb.

    Dərhal hadisə yerinə FHN-nın Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilas-ediciləri və təcili tibbi yardım briqadası cəlb olunub. Azyaşlı FHN əməkdaşları tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Məlumata görə, azyaşlının səhətində heç bir problem yoxdur.

    Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib.

    Faktla bağlı araşdırma aparılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az