Hafiz Həsənov "QHT işi" ilə bağlı hakim qarşısına çıxarılır

21:43 - 22 Oktyabr 2025

Hafiz Həsənov \"QHT işi\" ilə bağlı hakim qarşısına çıxarılır

"QHT işi" üzrə ittiham olunanlardan biri - "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun cinayət işinin məhkəmə hazırlıq iclası keçirilib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən QHT rəhbərinin anket məlumatlarının dəqiqləşdirilməmiş hissəsinə aydınlıq gətirilib.

Daha sonra taqsirləndirilən səxs onun barəsində qaldırılan cinayət işinə xitam verilməsi ilə bağli vəsatət təqdim edib. Məhkəmə vəsatəti əsassız hesab edərək təmin etməyib. Cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar elan edilib.

Növbəti iclas noyabrın 5-də keçiriləcək.

Qeyd edək ki, Hafiz Həsənov Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.

Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

Cinayət işi üzrə Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT, onların rəhbərləri, həmçinin, xarici QHT-lərin filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az