Meksika səfiri ADU-nun tələbələri ilə görüşdü - FOTOLAR

12:01 - 23 Oktyabr 2025

Meksika səfiri ADU-nun tələbələri ilə görüşdü - FOTOLAR

20 oktyabr tarixində Azərbaycan Dillər Universitetində Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Maria Victoria Romero Caballeronun iştirakı ilə görüş keçirilib.

 

Manset.az xəbər verir ki, “Səfir saatı” layihəsi çərçivəsində baş tutan görüşdə İspan dili ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər. Səfir Caballero Meksikanın iqtisadiyyatı, coğrafiyası, tarixi və mədəniyyəti haqqında təqdimatla çıxış edərək ölkəsi barədə maraqlı faktları bölüşüb.

Tədbir interaktiv şəkildə davam edib — tələbələr Meksika ilə bağlı suallarını səfirə ünvanlayıb, o isə hər bir sualı ətraflı cavablandırıb. Görüş sonda xatirə fotosu ilə yekunlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az