2026-cı il üçün ölkə üzrə yaşayış minimumu məlum olub. Milli Məclisə təqdim edilən qanun layihəsinə əsasən, ölkə üzrə sözügedən məbləğ 300 manat olacaq. Uşaq üçün yaşayış minimumu isə 260 manat məbləğində müəyyən ediləcək.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, uşaqlar üçün yaşayış minimumun məbləği əvvəlki illə müqayisədə 16 manat artacaq .
Bu həm də alimentin minumum məbləğinin artacağı deməkdir. Alimentin sabit pul məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq hesablanır. Yəni, bu, gələn ildən etibarən minimum məbləğ 260 manat təşkil edəcək.
Qeyd edək ki, Ailə Məcəlləsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən bir uşağa görə qazancın, yaxud da gəlirlərin 1/4 hissəsi, 2 uşağa görə qazancın və ya gəlirlərin 1/3 hissəsi, 3 və daha çox uşağa görə isə qazancın və yaxud gəlirlərin yarısı aliment olaraq hesablanır.
Alimentin miqdarı məhkəmə tərəfindən müəyyən nüanslar nəzərə alınmaqla azaldıla və ya artırıla bilər.
Aliment öhdəliyi olan şəxs işləmirsə və ya heç bir gəliri yoxdursa, bu zaman məhkəmə həmin şəxsə alimentin ödənilməsini sabit pul məbləğində təyin edir. Alimentin sabit pul məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq hesablanır.