ABŞ-ın yeni sanksiyaları Rusiyanın əsas neft şirkətlərinə ağır zərbə vurub.
Manset.az Musavat.com-a istinadən xəbər verir ki, “Rosneft”in səhmləri 3 faiz ucuzlaşıb və şirkət təxminən 1,56 milyard dollar dəyərində zərər görüb.
Daha kəskin eniş isə “Lukoil”də qeydə alınıb – şirkətin səhmləri 7,2 faiz dəyər itirib ki, bu da təxminən 4 milyard dollarlıq zərərə bərabərdir.
“The Moscow Times” yazır ki, “Lukoil”in əsas sahibi, Rusiyanın ən varlı milyarderi Vahid Ələkbərov cəmi iki gün ərzində 1 milyard dollardan çox sərvətini itirib.