Məktəblilər bu tarixdən payız tətilinə çıxacaqlar - TƏQVİM

20:12 - 25 Oktyabr 2025

Məktəblilər bu tarixdən payız tətilinə çıxacaqlar - TƏQVİM

Noyabrın 17-dən 2025-2026-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayacaq.


Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, payız tətili 17-21 noyabr tarixlərini əhatə edəcək.

22-23 noyabr tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün dərslər 24 noyabr tarixindən başlayacaq.

Bu tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil ediləcək.

Qeyd edək ki, payız tətili "Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti"nin təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az