Xərçəngə səbəb olan qida məhsulu satışdan yığışdırılmalıdır - Alimlərdən HƏYƏCAN TƏBİLİ! 

10:30 - 26 Oktyabr 2025

Xərçəngə səbəb olan qida məhsulu satışdan yığışdırılmalıdır - Alimlərdən HƏYƏCAN TƏBİLİ! 

Britaniya alimləri supermarketlərdə bekon (donuz əti) satışının qadağan edilməsini tələb edirlər. Onlar həyəcan təbili çalaraq bildiriblər ki, bu məhsul 54 mindən çox adamın xərçəngə tutulmasına səbəb olub.


Manset.az xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.

Ekspertlərin iddiasına görə, bekon, vetçina və kolbasa istehsalında ət emalı vasitələrinin nitratlarla vəhdəti kanserogen birləşmələrin əmələ gəlməsinə səbəb olur.

Qeyd edək ki, britaniyalı alimlərin bu xəbərdarlığından düz on il əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) emal edilmiş əti 1-ci qrup kanserogen kimi təsnif etmiş, onu tütün və asbestlə eyni risk kateqoriyasına daxil etmişdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az