Bərdənin Qarayusifli kəndinin raket atəşinə tutulmasından beş il keçir

00:30 - 27 Oktyabr 2025

Bərdənin Qarayusifli kəndinin raket atəşinə tutulmasından beş il keçir

Bu gün Bərdənin Qarayusifli kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmasından beş il keçir.


Manset.az xatırladır ki, Ermənistan beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalardan istifadə etməklə Qarayusifliyə zərbələr endirib.

Nəticədə, aralarında uşaq və qadınlar da olmaqla beş dinc sakin həlak olub, 14 mülki şəxs yaralanıb.

Qeyd edək ki, 44 günlük müharibədə Azərbaycan Ordusu dinc sakinlərin qisasını döyüş meydanında alıb.

Xatırladaq ki, Bərdə şəhərinin 5, 8, 27, 28 oktyabr və 7 noyabr 2020-ci il tarixlərində raket və ağır artilleriya silahları ilə bombalanması nəticəsində 8-i qadın, 19-u kişi, 2-si uşaq olmaqla 29 nəfər şəxs qəsdən öldürülüb, 26-sı qadın, 71-i kişi, 15-i uşaq olmaqla 112 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəyib.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az