Saleh Səmədovun rəis oğlu işdən çıxarıldı 

13:05 - 27 Oktyabr 2025

Saleh Səmədovun rəis oğlu işdən çıxarıldı 

İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri Saleh Səmədovun həbsindən sonra ailəsinə aid digər şəxslər də vəzifələrindən uzaqlaşdırılıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, onun ikinci oğlu Toğrul Səmədov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində fəaliyyət göstərən 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən azad edilib. Ona bu addım ədliyyə orqanlarında xidmətində aşkar edilmiş nöqsanlarla əlaqədar atılıb.

Xatırladaq ki, Saleh Səmədov daha əvvəl 9 May Faşizm üzərində Qələbə Günü tədbirində sinəsində "Georgi lenti" ilə çıxış etdiyi üçün tənqid olunmuş və Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən xaric edilmişdi.

İmişli Rayon İcra Hakimiyyətində Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi üzrə nümayəndənin müavini işləyən Saleh Səmədovun oğlu Kamran Səmədov bir müddət əvvəl tutduğu vəzifədən azad edilib.

Saleh Səmədov özü isə beş ay öncə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən mənimsəmə ittihamı ilə həbs olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az