Bu rayonlara qar yağıb - FAKTİKİ HAVA

13:21 - 27 Oktyabr 2025

Bu rayonlara qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanda oktyabrın 26-sı gündüz şimal və qərb rayonlarından başlayaraq 27-si səhərədək bəzi yerlərdə hava şəraiti qısa müddətə dəyişib, arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.


Bu barədə Manset.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Yüksək dağlıq ərazilərdə - Şahdağ, Kəlbəcər, Qubadlı, Laçında isə qar yağıb.

Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 13, Balakəndə 6, Şahbuzda 5, Zaqatalada 4, Tovuz, Şəki, Sədərək, Şuşa, Naxçıvan, Şərur, Ordubad, Daşkəsən, Şəmkir, Quba, Qusarda 2 mm-dək qeydə alınıb.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Şahdağda 20, Culfa və Naftalanda 18, Mingəçevir və Naxçıvanda 16 m/s-dək güclənib.

Oktyabrın 27-si gündüz, 28-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az