Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Manset.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində;
2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
4. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;
5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
6. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
7. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
8. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
10. Binəqədi şosesi, metronun "Azadlıq prospekti" stansiyası istiqamətində;
11. "20 Yanvar" dairəsində;
12. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
13. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;
14. Zərifə Əliyeva küçəsində;
15. Birinci Gölkənarı yol, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.