Saxlanılan İslam Rzayevin qızı hakimdir - FOTO

11:47 - 30 Oktyabr 2025

Saxlanılan İslam Rzayevin qızı hakimdir - FOTO

Xəbər verdiyimiz kimi, Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir. Dövlət Təhlükəsizliyi Xidmətinin Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı rayonun icra başçısı İslam Rzayevin, eləcə də bir neçə digər vəzifəli şəxsin saxlanıldığı bildirilir.


Manset.az-ın məlumatına görə, saxlanılan icra başçısının qızı Fəridə Rzayeva hazırda hakim kimi fəaliyyət göstərir. O, Suraxanı Rayon Məhkəməsində çalışır.

O, bu vəzifəyə 2023-cü ildə  təyin olunub, bundan əvvəl isə vəkil kimi fəaliyyət göstərib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az