Əməkdar artist Vahid Əliyev Badamdar qəbiristanlığında dəfn ediləcək.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə mərhumun oğlu Ramin Əliyev məlumat verib.
O bildirib ki, Vahid Əliyevlə vida mərasimi sabah saat 13:00-da yaşadığı General Əliağa Şıxlinski küçəsi, 25 ünvanında keçiriləcək.