Bəzi taksilərin kartla sifarişi ləğv etmə problemi nə vaxt həll olunacaq? - VİDEO

22:30 - 16 Noyabr 2025

Bəzi taksilərin kartla sifarişi ləğv etmə problemi nə vaxt həll olunacaq? - VİDEO

Sürücü sifarişi sərnişinin ləğv etməyini istəyir, sərnişin isə sürücünün. Kartla taksi sifariş verən əksər sərnişin bu vəziyyətlə qarşılaşdığını iddia edirlər.


Manset.az Xezerxeber.az-a istinadən xəbər verir ki, sərnişinlər nağdsız ödəmə üsulu ilə sifariş verdikdə sürücünün etirazı ilə qarşılaşdıqlarını deyirlər. Adətən sürücü sərnişindən sifarişi ləğv etməyini tələb edir.

Sürücülər isə bildirirlər ki, sifarişdən imtina etmələri onların proqramda bloklanmasına səbəb olur. İmtina çox olduqda proqramın onlara ötürdüyü sifarişlər də azalır.

Məsələ ilə bağlı taksi şirkətləri ilə əlaqə saxladıq. Bildirildi ki, sürücüdən xal tutulması xidmətdən imtina hallarının qarşısını almaq üçündür.

Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, sərnişinlər qarşılaşdıqları problemlərlə bağlı qurumun 141 Çağrı Mərkəzi, eləcə də sosial şəbəkə hesabları üzərindən müraciət etməli, həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumat verməlidilər. Belə halda daxil olan müracətlər araşdırılaraq, tələbləri yerinə yetirməyən sürücülərin icazələri qanunamüvafiq qaydada ləğv ediləcək. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik. 




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az